XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Zlatan İbrahimoviç: "Nə istədiyimi hələ bilmirəm"
İdman 10:54 / 03.04.2020

İtaliya mətbuatında isveçrəli Zlatan İbrahimoviçin futbolla vidalaşdıği barədə məlumatlar yayılıb. A seriyasında çıxış edən "Milan" futbol komandasının hücumçusu bu barədə məlumatlara aydınlıq gətirib. Zlatan gələcək planları haqqında bunları deyib:
"Hər gün yeni bir hadisə baş verir. Odur ki, nə istədiyimi hələ bilmirəm. Biz bu hadisələrdən əvvəl həyatdan zövq alaraq, yaşayırdıq. Koronavirus haqqında əvvəlcədən heç kimin məlumatı yox idi. Mənim ailəm var. Mən onları düşünməliyəm. Onların vəziyyəti yaxşıdır, mən də yaxşıyam.


34669 oxunub

InvestAZ