XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



FİDE: "ilk onluq"da bir qrossmeysterimiz var
İdman 15:15 / 01.04.2020

Beynəlxalq Şahmat Federasıyası (FİDE) aprel ayı üçün nəzərdə tutulan ənənəvi reytinq cədvəlini açıqlayıb. Siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb. Təmsilçilərimizdən yalnız Teymur Rəcəbov "onluq”dakını yerində qoruyub. Şahmatçımız 2765 xalla 9-cu pillədə qalıb.
Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-cidir. Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü, Rauf Məmmədov 2654 xalla 91-ci yerdədir.
Bu siyahıda ilk "üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadınlar şahmatçılar arasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən iki pillə irəliləyən Günay Məmmədzadə (2443) 29-cudur. Gülnar Məmmədova (2382) 77-ci sırada qalıb. İlk "100-lük”də yerini itirən Ülviyyə Fətəliyevanı digər təmsilçimiz - Xanım Balacayeva əvəz edib. O, 2376 xalla 86-cıdır.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.

53168 oxunub

InvestAZ