Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin iclası koronavirus pandemiyasına görə təxirə salınıb.
"Inside the Games” portalında yer alan xəbərdə bildirilir ki, iclasın mayın 26-27-də Namibiyada keçirilməsi nəzərdə tutulmuşdu. Həmçinin qurumun şurasının mayın 28-29-da təşkil olunacaq iclası da təxirə salınıb.
Qeyd edək ki, apreldə Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya kuboku, Yana Batırşinanın mükafatları uğrunda açıq turnir, mayda nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışı və dünya çempionatı başqa tarixdə keçiriləcək.
43819 oxunub