XƏBƏR LENTİ
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



Təcili tibbi yardım maşını işə düşmədi, futbolçu həyatla vidalaşdı
İdman 15:11 / 10.03.2020

Nigeriya çempionatının son turunda keçirilən "Nasarava” - "Katsina Yunayted" matçında faciə baş verib. Oyun zamanı meydan sahiblərinin futbolçusu Çieme Martins rəqiblə toqquşaraq yerə yıxılıb. Onu əvəz edərək xəstəxanaya çatdırmağa çalışıblar. Ancaq stadionda olan təcili tibbi yardım maşını işə düşməyib. Futbolçunu arenada olan media əməkdaşının avtomobili ilə xəstəxanaya aparıblar. Ancaq oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
"Nasarava” klubunun üzvləri komanda yoldaşlarının ölüm xəbəri ilə bağlı hakimin final fitindən dərhal sonra məlumatlandırılıblar. Faciədən xəbər tutan futbolçular meydanda ağlamağa başlayıblar.


32088 oxunub

InvestAZ