XƏBƏR LENTİ
19 May 2019
18 May 2019
17 May 2019
16 May 2019
15 May 2019
14 May 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Barselona" (40%)
"Yuventus" (26.67%)
"Mançester Siti" (13.33%)
"Mançester Yunayted" (13.33%)
"Liverpul" (0%)
"Ayaks" (6.67%)
"Totenhem" (0%)
"Porto" (0%)
Efiopiyalı atlet 22 illik dünya rekordunu yenilədi - VİDEO
Video 14:08 / 20.02.2019


Atletika üzrə 1500 və 5000 metr məsafəyə qaçış yarışlarında yeni dünya rekordları qeydə alınıb.
1500 metr məsafəyə qaçış yarışında yeni dünya rekordunu efiopiyalı Samuel Tefera müəyyənləşdirib. O, İngiltərənin Birmingem şəhərində keçirilən dünya qış turunun - Müller Qran-Prisində məsafəni 3 dəqiqə 31.04 saniyəyə qət edərək yeni dünya rekordunun sahibi olub. İdmançı bu nəticə ilə mərakeşli Hişam El Qerrucun 22 ildir yenilməz olan rekordunu 0.14 saniyə geridə qoyub.
Bundan başqa, həm kişilər, həm də qadınlar arasında 5000 metr məsafəyə qaçış yarışlarında da yeni dünya rekordu müəyyən olunub. Hər iki göstərici Monakoda keçirilən Herkules qaçışında qeydə alınıb. Qadınların yarışında hollandiyalı Sifan Hassan finiş xəttini 14 dəqiqə 44 saniyə nəticə ilə keçib. Kişilərin yarışında isə isveçrəli atlet Julien Vanders 5000 metr məsafəni 13 dəqiqə 29 saniyəyə qət edib.
Xatırladaq ki, 22 yaşlı Julien Vanders bir neçə gün əvvəl britaniyalı Mo Farahın Avropa yarımarafon rekordunu da yeniləmişdi. İyirmi iki yaşlı atlet Birləşmiş Ərəb Əmirliklərində keçirilən yarımmarafon yarışında 59 dəqiqə 13 saniyə nəticə ilə qalib gəlmişdi.

1145 oxunub

InvestAZ