Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə VIII ənənəvi beynəlxalq turnir keçirilib. Yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, idmançılar arasında dostluq əlaqələrinin yaradılması və gücləndirilməsi, cüdo idman növünün təbliği və inkişafı, idmançıların idman ustalığının artırılmasından ibarət olub.
2006-2008-ci illər təvəllüdlü oğlan və qızlar arasında təşkil olunan yarışda "Judo Club 2012”nin yeniyetmə cüdoçuları da qüvvələrini sınayıblar. Klubun yetirmələri turnirdə uğurla çıxış edərək 1 qızıl və 1 gümüş medala layiq görülüblər. Qızıl medalı klubun aktivinə Ramazan Əhmədov (+73 kq) yazdırıb. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan klubun digər yetirməsi Mehdi Cəfərov isə yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb.
27533 oxunub