XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Zəka sahiblərimiz Tallində mübarizəyə başlayırlar
İdman 14:09 / 05.12.2019

Bu gün Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatı start götürəcək. Ölkəmizi qitə çempionatında 4 şahmatçı təmsil edir. Təmsilçilərimizdən 2-si - Qədir Hüseynov (2705) və Rauf Məmmədov (2661) turnirin reytinq favoritləri hesab olunurlar. Q.Hüseynov turnirin reytinq favoritləri arasında 2-ci, R.Məmmədov isə 6-cı pillədədirlər.
Turnirdə iştirak edəcək digər idmançılarımız Rəfael Bayramlı start reytinqində 431-ci, Yusif Kərimli 439-cudur.
Otuz dörd ölkədən 474 şahmatçının (onlardan 47-si qrossmeysterdir) qatılacağı yarış İsveçrə sistemi üzrə keçiriləcək və 13 turdan ibarət olacaq.

34987 oxunub

InvestAZ