XƏBƏR LENTİ
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026



Ölkə çempionatının finalçıları müəyyənləşib
İdman 14:11 / 27.11.2019
 
Kişi boksçular arasında səkkiz çəki dərəcəsi üzrə keçirilən Azərbaycan çempionatında finalçılar müəyyənləşib.
52 kiloqram çəki dərəcəsində yarışda Yadigar Əliyev (DİN İK) və Maqsud Xasmetov ("Abşeron” İK) adlarını finala yazdırıblar. Çempionatda 57 kiloqram çəki dərəcəsində Tayfur Əliyev ("Sədərək” İK) və Ümid Rüstəmov (DİN İK) finala vəsiqə qazanıblar. Ruslan Rüstəmov (DİN İK) və Cavid Çələbiyev ("Qəbələ” İK) 63, Vüsal Əliyev (Sumqayıt) və Sərxan Əliyev (MOİK) 69, Amin Kuşkov ("Sədərək” İK) və Mirəşrəf Kazımzadə (DİN İK) 75 kiloqram çəki dərəcələrində finala vəsiqəni təmin ediblər.
Ağır çəkili boksçuların mübarizəsində 81 kiloqram çəki dərəcəsində Cəbrayıl Yelekov ("Sədərək” İK) və Sürət Qarayev (DİN İK), 91 kiloqram çəki dərəcəsində Rauf Rəhimov ("Neftçi” İK) və Sadiq Səmədov ("Qəbələ” İK) finala yüksəliblər. Asəf Aslanlı (DİN İK) və Gülhüseyn Ağazadə (DİN İK) isə 91 kiloqramdan yuxarı çəki dərəcəsində yarışın finalında iştirak hüququ qazanıblar.
Ölkə çempionatının final görüşləri noyabrın 27-də keçiriləcək.

33003 oxunub

InvestAZ