XƏBƏR LENTİ
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Qrossmeysterimiz “Grand Chess Tour 2019” turnirinə heç-heçə ilə başladı
İdman 13:36 / 07.11.2019

Noyabrın 6-da Buxarestdə rapid və blits üzrə "Grand Chess Tour 2019” seriyasının növbəti mərhələsi start götürüb. Turnirin ilk günü şahmatçılar rapid üzrə üç turda mübarizə aparıblar.
Ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarovun vyetnamlı Le Kyanq Liem, rusiyalı Vladislav Artemiyev və hindistanlı Vişvanatan Anandla qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, rapid turniri noyabrın 8-dək davam edəcək. Noyabrın 9-10-da isə blits turnirinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, "Grand Chess Tour 2019”un əvvəlki mərhələləri Abican, Zaqreb, Paris, Sent-Luisdə təşkil edilib. Turnirin növbəti mərhələsi isə bu ayın Kəlkətə şəhərində baş tutacaq. Final seriya isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.

36987 oxunub

InvestAZ