XƏBƏR LENTİ
05 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Bu gün “Qarabağ” Kiprdə növbəti oyununa çıxacaq
İdman 10:09 / 07.11.2019

Bu gün Ağdamın "Qarabağ” futbol klubu UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin dördüncü turunda səfərdə Kiprin APOEL komandası ilə qarşılaşacaq.
Nikosiyadakı "GSP Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Qarşılaşmanın idarə edilməsi Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Manuel Şüttenqruber olacaq.
A qrupunun digər oyununda Lüksemburqun "Düdelanj” klubu səfərdə İspaniyanın "Sevilya” komandası ilə görüşəcək.
Üç turdan sonra aktivində 9 xal olan "Sevilya” qrupda liderlik edir. "Qarabağ” 4 xalla ikinci, "Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.
Bu komandaların oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşmiş üçüncü turunda heç-heçə qeydə alınıb – 2:2.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 0:3 hesabı ilə uduzsa da, Lüksemburqda "Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə "Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.

26008 oxunub

InvestAZ