XƏBƏR LENTİ
29 Dekabr 2025
27 Dekabr 2025
26 Dekabr 2025
25 Dekabr 2025



Yakutskda 5 güləşçimiz yarışır
İdman 13:11 / 09.10.2019
 
Oktyabrın 10-dan 14-dək Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Qol.az xəbər verir ki, yarışda 5 güləşçimiz mübarizə aparacaq. Turnirdə ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) təmsil edəcək. Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Memorialda ədaləti qoruyacaq.

31851 oxunub

InvestAZ