XƏBƏR LENTİ
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026
03 Fevral 2026
02 Fevral 2026



Gimnastlarımız beynəlxalq turnirdən üç medalla qayıdıblar
İdman 10:11 / 11.09.2019

Sankt-Peterburqda akrobatika gimnastikası üzrə beynəlxalq turnir keçirilib.
İdmançılarımızturniri 3 medallabaşavurublar. Belə ki, beynəlxalq arenada ilk addımlarını atan qarışıq cütlüyümüz Samirə Rüstəmova və Rauf Cabbarovun (11-16 yaş kateqoriyası) çıxışları 80.800 xalla dəyərləndirilib və bununla da onlar gümüş medal qazanıblar.
Turnirdə 13-19 yaş kateqoriyasında mübarizə aparan kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov da komanda yoldaşlarından geri qalmayaraq, uğurlu çıxışları ilə gümüş medala (83.360 xal) layiq görülüblər.
Komandamızın hesabına növbəti gümüş medalı isə 12-18 yaş kateqoriyasında mübarizə aparan Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz yazdırıb. Qızlarımız 82.850 xal toplayaraq fəxri kürsünün 2-ci pilləsində qərarlaşıblar.


31672 oxunub

InvestAZ