XƏBƏR LENTİ
25 Fevral 2020
07 Fevral 2020
06 Fevral 2020
02 Fevral 2020
26 Yanvar 2020
24 Yanvar 2020
23 Yanvar 2020
22 Yanvar 2020
20 Yanvar 2020
19 Yanvar 2020
16 Yanvar 2020
15 Yanvar 2020
14 Yanvar 2020
13 Yanvar 2020



Temkin Xəlilzadə: «Biz də futbol oynaya bilirik»
İdman 13:44 / 10.09.2019

Millimizin müdafiəçisi Təmkin Xəlilzadə Avro-2020-nin seçmə mərhəlləsində Xorvatiya ilə Bakıda heç-heçə (1:1) etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Komandamıza xal qazandıran qolun müəllifi əvvəlcə görüş haqda danışıb.

- Uelslə görüşdən sonra bu oyuna hazırlaşmağa çox da vaxtımız olmamışdı. Britaniyadakı məğlubiyyət bizi bir qədər üzmüşdü. Buraxdığımız qollar, xüsusən, 85-ci dəqiqədə qapımızda gördüyümüz qol bizim səfərdən xalla qayıtmağa olan inamımızın üstündən xətt çəkmişdi. Sevinirik ki, Bakıya döndükdən sonra baş məşqçimiz bizi bu görüşə tam köklədi, hazırlaşdıq və yaxşı nəticə əldə etdik. Düzdü, Xorvatiyanı yaxşı incələmişdik, amma bu rəqibin analizə o qədər də ehtiyacı yox idi. Onların kimlikləri hamıya məlum idi. Dünya ikincisi olmuşdular. Oyunun ilk 10 dəqiqəsi ərzində çoxlu qol imkanları oldu. Lakin qapıçımız Emil Balayev çox inamlı çıxış etdi. İkinci hissədə oyuna girdikdən sonra ilk epizodumda Cavid Hüseynovla "divar ötürməsi" nəticəsində zərbəmi rəqib qapıçı dəf etdi. Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümdə inam yarandı. Sonadək vuruşduq və 1:1 hesablı heç-heçəyə nail olduq. Qolu vurduğuma görə isə çox xoşbəxtəm.

- Xorvatiya millisi Bakıya Slovakiya üzərində 4:0 hesablı səfər qələbəsi ilə gəlmişdi. Düşünmürdünüz ki, yenə böyük hesabla uduza bilərsiniz?
- Bu rəqibi Zaqrebdə 1:2 hesabı ilə uduzduğumuz görüşdən tanıyırdıq. Bu, futboldur. 0:5 hesabı ilə uduza və ya 1:0 hesablı qələbə qazana bilərsən. Hər cür nəticə gözləniləndir. Futbol elə yerə gəlib çıxıb ki, hər bir komanda müqavimət göstərməyi bacarır. Meydana çıxarkən həm xalqımıza, həm də dünyaya onu göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik, əl-qolumuzu yanımıza sallamırıq. Sevinirik ki, xal qazandıq.

- Sizcə, Xorvatiyaya qalib gəlmək də mümkün idi?
- Qol imkanları rəqibdə də, bizdə də var idi. Son dəqiqələrdə bəlkə də qələbə qolunu vurmaq olardı. Amma olmadı.

- Qrupu xalsız da başa vurma ehtimalı var idi. Amma artıq ilk xal qazanılıb. Qrup mərhələsini neçə xalla başa vurmaq olar?
- Növbəti oyunumuz səfərdə Macarıstanladır. Daha sonra Slovakiya ilə səfər və Uelslə ev oyunu olacaq. Qalan 3 maçtda da çalışacağıq ki, xalqımızı sevindirək.

- Rəqibin müdafiə xəttini yararaq vurduğunuz qolla bağlı nə deyə bilərsiniz?
- Özümə çox inanırdım. Məşqlərdə də belə epizodlar üzərində çox işləyirdik. Sevinirəm ki, alındı.

- Gələcək oyunlarda daha irəli mövqelərdə oynamağın mümkündür?
- Buna məşqçilər heyəti qərar verəcək. Hansı mövqeyə buraxsalar, milli komanda üçün əlimdən gələni etməyə hazıram.



3440 oxunub

InvestAZ