İdman 20:24 / 27.12.2025
Abşeron Olimpiya İdman Kompleksində keçirilən 14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara bu gün yekun vurulub.
Yarışlarınson 6 çəki dərəcəsində 129 idmançı qüvvəsini sınayıb. Qızların mübarizəsindəAyla Məmmədli (-44 kq, AHİTA),Arzu İmanzadə (-57 kq, RKİM) vəƏsnad İlyasova (+70 kq, Lokomotiv İK) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Oğlanların mübarizəsində isəMəhəmməd Səfərov (-46 kq, Bakı şəhəri 10 nömrəli UGİM PHŞ),Kənan İsmayılov (-60 kq, Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM) vəBaxış Əhmədov (+73 kq, Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ) qızıl medallara layoq görülüb.
Fərdi yarışların yekunlarına əsasən 13 nömrəli İOEUGİM 3 qızıl, 6 gümüş, 3 bürünc medalla birinci yerə layiq görülüb. RKİM 3 qızıl, 1 gümüş, 1 bürünc medalla ikinci, Şuşa UGİM isə 2 qızıl, 1 gümüş, 1 bürünc medalla üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan birinciliyinə sabah komanda yarışları ilə yekun vurulacaq.