XƏBƏR LENTİ
13 Dekabr 2025
12 Dekabr 2025
11 Dekabr 2025



"Çatışmazlıqlara baxmayaraq, sabah qalib gəlmək üçün kifayət qədər gücümüz var"
İdman 20:36 / 13.12.2025
İspaniyanın "Real” klubunun baş məşqçisi Xabi Alonso La Liqanın 17-ci turu çərçivəsində "Alaves” ilə matçdan əvvəl mətbuat konfransında iştirak edib.
İspaniyalı mütəxəssis paltardəyişmə otağında oyunçular ilə münasibətlərindən danışıb. "Mən həmişə bu münasibətlərin yaxşı olduğunu hiss etmişəm. Üç futbolçumuz cəzalıdır. Bu, oyunun bir hissəsidir. Əlimizdə çox oyunçu yoxdur, ona görə də heyəti akademiya oyunçuları ilə tamamladıq. Sabah meydana hazır olan futbolçularla çıxacağıq. "Mançester Siti” ilə oyundan sonra yeni bir zədə yoxdur. Kilian Mbappe də məşqlərə geri qayıdıb. Çatışmazlıqlara baxmayaraq, sabah qalib gəlmək üçün kifayət qədər gücümüz var. Bu, bizim üçün çox vacib oyundur”.
X.Alonso "Mançester Siti” ilə oyundan sonra Florentino Perez ilə danışıqlarından və sabahki oyunda məğlubiyyətin postunun təhlükə altında olacağı ilə bağlı sualı da cavablandırıb. "Buraya gəldiyimdən bəri rəhbərlik ilə tez-tez danışıqlarımız olur. Sabah qalib gəlmək və vəziyyəti dəyişmək üçün çalışacağıq”.


169 oxunub

InvestAZ