XƏBƏR LENTİ
01 Dekabr 2025
30 Noyabr 2025
29 Noyabr 2025
28 Noyabr 2025
27 Noyabr 2025



Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
İdman 12:39 / 01.12.2025
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bu uğura Nərgiz Süleymanova imza atıb. O, noyabrın 27-30-da İstanbulda keçirilən "Bosfor Kuboku”nda qısa və sərbəst proqramda 26 idmançı arasında 156.53 xal toplayaraq, qızıl medala sahib çıxıb və Avropa çempionatına vəsiqə qazanıb.
Həmin yarışda Arina Kaluqina (154.85 xal ) 5-ci, Səbinə Əliyeva (137.22 xal) isə 6-cı yeri tutublar.


85 oxunub

InvestAZ