UFC rəsmi olaraq amerikalı Şon OMalli ilə çinli Sonq Yadonq arasında döyüşün anonsunu verib.
Tərəflər yanvarın 24-də Nevada ştatının Las-Veqas şəhərində keçirilməsi planlaşdırılan qarışıq döyüş sənətləri üzrə UFC-324 turnirində üz-üzə gələcəklər.
Məlumat üçün bildirək ki, 31 yaşlı OMalli keçmiş UFC bantam çəkidə çempiondur. O, 2024-cü ilin sentyabrında gürcüstanlı Merab Dvalişviliyə qərarla məğlub olub. 27 yaşlı Sonq Yadonqun 32 MMA döyüşü var. Asiyalı döyüşçü 22 qələbə, 8 məğlubiyyət, 1 heç-heçə ilə diqqət çəkir.
157 oxunub