XƏBƏR LENTİ
24 Noyabr 2025
23 Noyabr 2025
21 Noyabr 2025
20 Noyabr 2025
19 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025



İdmanla məşğul olan uşaqların valideynləri ilə görüş keçirilib
İdman 16:10 / 24.11.2025
Cəlilabad və Masallı rayonlarında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəblərində idmanla məşğul olan uşaqların valideynləri ilə görüş keçirilib.

İdarə və məktəb rəhbərliyinin iştirakı etdiyi görüşdə valideynlərin övladlarının idman fəaliyyəti ilə bağlı mövcud sualları, onları narahat edən məsələlər və təkliflər geniş müzakirə olunub. Təlim-məşq prosesinin keyfiyyəti, idmançıların inkişaf dinamikası, məşqçilərlə kommunikasiya, yarışlara hazırlıq, sağlamlıq və təhlükəsizlik mövzularına xüsusi diqqət ayrılıb, eləcə idman məktəblərində yaradılan şərait, gələcək planlar və yeniliklər haqqında məlumat verilib.

Eyni zamanda valideynlərin fikirləri dinlənilib, onların qaldırdığı məsələlərin həlli istiqamətində addımların atılacağı bildirilib.

Səmimi dialoq şəraitində keçən və əsas məqsəd valideynlərlə məktəb rəhbərliyi arasında əməkdaşlığı daha da gücləndirmək olan tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova, idman sektorunun müdiri Yusif Xamiyev və əməkdaşları, Cəlilabad və Masallı rayon sektorunun əməkdaşları və Uşaq-Gənclər İdman Məktəbinin direktorları iştirak ediblər.

201 oxunub

InvestAZ