İdman 19:21 / 11.11.2025
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən karate yarışlarına start verilib. Yarışların ilk günündə karatenin kumite növündə mübarizə aparan idmançımız Mədinə Sadıqova İslamiadanın bürünc medalına sahib çıxıb.55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə pakistanlı Laiba Zianı 7:2 hesabıyla məğlub edərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.