XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025



VI İslam Həmrəyiyi Oyunları: İki cüdoçumuz qızıl medalın bir addımlığında 
İdman 16:15 / 08.11.2025
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən cüdo yarışlarına start verilib.

Olimpiyadunyasi.com xəbər verir ki, cüdo yarışlarının ilk günündə Azərbaycan komandasının 5 çəki dərəcəsində 6 idmançısı tatami üzərinə çıxıb. Təmsilçilərimizdən ikisi Könül Əliyeva (48 kq) və Hidayət Heydərov (-73 kq) bütün rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıb. Mübarizəyə 1/4 finaldan başlayan K.Əliyeva ilk görüşdə taciksitanlı Ahliya Muminovaya, yarımfinalda isə qazaxıstanlı Diana Burkeyevanı üstələyib. Dünya, Avropa və Olimpiya çempionumuz Hidayət Heydərov isə mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə Cibutidən olan Aden-Alexandre Huseyn Muhammedi, 1/4 finalda isə qambiyalı Faye Alek Njieyə qalib gələn cüdoçumuz yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda görüşdə Tacikistan təmsilçisi Abubakr Şerova ipponla qalib gələn H.Heydərov adını finala yazdırıb.

Bu gün mübarizəyə başlayan digər cüdoşularımız Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Ruslan Paşayev (66 kq) isə təsəlliverici görüşlərdə qələbə qazanaraq, bürünc medal uğrunda görüşə vəsiqə əldə ediblər.

Qeyd edək ki, Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında 12 (5 kişi, 7 qadın) cüdoçu ilə təmsil olunur.

206 oxunub

InvestAZ