XƏBƏR LENTİ
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025



Cüdoçularımız U-23 Avropa çempionatında mübarizəyə başladılar 
İdman 12:31 / 31.10.2025

Bu gün Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatına start verilib.

37 ölkədən 308 cüdoçunun (172 kişi, 136 qadın) iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar.

Qitə yarışında ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunur. Bu gün keçirilən yarışın ilk günündə2 çəki dərəcəsində 3 cüdoçumuz -Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi -60 kq) vəİslam Rəhimov (-66 kq) tatami üzərinə çıxıb. -60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçilərimizdən Murad Muradlı 1/16 finalda almaniyalı Maksim Tarana məğlub olaraq mübarizəni dayandırıb. Eyni çəki dərəcəsində yarışan Hüseyn Allahyarov isə1/16 finalda slovakiyalı Yozef Tomanekə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Çempionatda -66 kq çəki dərəcəsində qüvvəsini sınayanİslam Rəhimov isə 1/16 finalda Slovakiya təmsilçisi Roman Dekanı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, turnirə noyabrın 1-də yekun vurulacaq.


310 oxunub

InvestAZ