XƏBƏR LENTİ
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025



Avropa Liqasında III turun oyunlarına yekun vurulacaq
İdman 11:32 / 23.10.2025

Bu gün futbol üzrə UEFA Avropa Liqasının Liqa mərhələsində III turun oyunları keçiriləcək.

Tur çərçivəsində 18 oyun təşkil olunacaq. Turun ilk oyunu Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Niderlandın "Feyenoord" klubu Yunanıstanın "Panatinaikos" komandası ilə üz-üzə gələcək. Günün digər 8 qarşılaşması isə Bakı vaxt ilə saat 20:45-də başlayacaq.Türkiyənin "Fənərbağça" klubu doğma meydanda Almaniyanın "Ştutqart" komandası ilə üz-üzə gələcək. Fransa təmsilçisi "Lion" evdə İsveçrənin"Bazel" klubunu sınağa çəkəcək. Günün digər 9 oyunu isə Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

III tur

23 oktyabr

18:30. "Feyenoord" (Niderland) - "Panatinaikos" (Yunanıstan)

20:45. "Zaltsburq" (Avstriya) - "Ferentsvaroş" (Macarıstan)

20:45. "Fənərbağça" (Türkiyə) - "Ştutqart" (Almaniya)

20:45. "Braqa" (Portuqaliya) - "Srvena Zvezda" (Serbiya)

20:45. "Lion" (Fransa) - "Bazel" (İsveçrə)

20:45. FCSB (Rumıniya) - "Bolonya" (İtaliya)

20:45. "Qo Ehed İqlz" (Niderland) - "Aston Villa" (İngiltərə)

20:45. "Genk" (Belçika) - "Betis" (İspaniya)

20:45. "Brann" (Norveç) - "Reyncers" (Şotlandiya)

23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Çexiya)

23:00. "Frayburq" (Almaniya) - "Utrext" (Niderland)

23:00. "Selta" (İspaniya) - "Nitsa" (Fransa)

23:00. "Lill" (Fransa) - PAOK (Yunanıstan)

23:00. "Nottinqem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya)

23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Midtyullann" (Danimarka)

23:00. "Yanq Boys" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan)

23:00. "Malmö" (İsveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Seltik" (Şotlandiya) - "Şturm" (Avstriya)


302 oxunub

InvestAZ