Formula 1 üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton "Ferrari"nin metodologiyasında və prosedurlarında dəyişikliklər edilməsini tələb edir. "Maranello quraşdırması ilə bağlı yenilik etmək lazımdır", - deyə Hemilton vurğulayıb. "Corriere della Sera»nın verdiyi məlumata görə, Lyuis bir neçə dəfə hazırladığı hesabatı rəhbərliyə göndərib.
Qeyd edək ki, Hemilton hazırda 127 xalla ümumi sürücülər sıralamasında altıncı pillədədir. "McLaren" komandasının pilotu Oskar Piastri 336 xalla çempionata başçılıq edir.
331 oxunub