XƏBƏR LENTİ
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Çempionlar Liqası: Liqa mərhələsində birinci tura yekun vurulur
İdman 15:29 / 18.09.2025
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulacaq.
Turun son oyun günündə daha 6 qarşılaşma təşkil olunacaq. Günün ilk iki oyunu Bakı vaxtı ilə saat 20:45-də təşkil olunacaq. Belçika təmsilçisi "Brügge” doğma meydanda Fransanın "Monako” komandasını qəbul edəcək. Qarabağın növbəti turdakı rəqibi "Kopenhagen" (Danimarka) isə"Bayer 04" (Almaniya) klubu ilə üz-üzə gələcək. Günün digər oyunları isə 23:00-da başlayacaq. "Qarabağ"ın digər rəqiblərindən "Napoli" İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Türkiyə çempionu "Qalatasaray” isə Almaniyada "Aytraxt”la üz-üzə gələcək. Paralel keçən digər oyunlarda Portuqaliyanın "Sportinq" klubu Qazaxıstanın "Kayrat", İngiltərənin "Nyukasl" komandası isə İspaniya çempionu "Barselona"nı qəbul edəcək.


127 oxunub

InvestAZ