XƏBƏR LENTİ
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



Yaponiyalı futbolçu Frankfurtu seçdi
İdman 15:45 / 07.08.2025
"Frayburq"un yarımmüdafiəçisi Ritsu Doan "Ayntraxt"a keçib.
27 yaşlı yaponiyalı yeni klubu ilə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb. Onun transferi "Ayntraxt"a 21 milyon avroya başa gəlib.
Qeyd edək ki, ötən mövsüm Doan bundesliqada  34 matçda 10 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

11908 oxunub

InvestAZ