XƏBƏR LENTİ
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Fəridə Əzizova: "Ümid edirəm ki, komandamız festivaldan Vətənə medallarla qayıdacaq"
İdman 14:56 / 08.07.2025
"İlk dəfədir ki, taekvondo idman növü Avropa Gənclər Olimpiya Festivalının proqramına daxil edilib. Bu da 34 illik tarixə malik olan festivalda bir yenilikdir”.
Bu sözləri takevondo üzrə gənclərdən ibarət milli komandanın məşqçisi Fəridə Əzizova Olimpiyadunyasi.com saytna müsahibəsində deyib.
O, festivalda iştirak edəcək komandamızdan böyük ümidlər gözlədiyini bildirib.
"Komandamız bu yarışda 5 oğlan, 3 qız olamaqla 8 idmançı ilə təmsil olunacaq. Millimizin heyətində təcrübəli və perspektivli idmançılar yer alıb. İlin əvvəlindən iki yarışda iştirak etmişik. Həmin yarışlar bir növ bu festival üçün hazırlıq xarakteri daşıyıb. Komandamız artıq hazırlığın son mərhələsində iştirak edir. Təbii ki, bu yarışdır, qabaqcadan proqnoz vermək çətindir. Amma idmançılarımız məşqlərdə intensiv şəkildə çalışırlar. Özlərini yaxşı formada hiss edirlər. Heyətdə nəticə verə biləcək idmançılarımız var. Ümid edirəm ki, komandamız bu festivaldan Vətənə medallarla qayıdacaq”, - deyə Fəridə Əzizova bildirib.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının taekvondo yarışları iyulun 23-25-də Skopye Bədən Tərbiyəsi Universitetində keçiriləcək.
269 oxunub

InvestAZ