XƏBƏR LENTİ
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Gənc cüdoçular ne-vaza üzrə ACF Kubokunda bir araya gələcəklər
İdman 13:44 / 14.05.2025

Mayın 17-də Abşeron Olimpiya İdman KompleksindəU-20 ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Gənc cüdoçuların mübarizə aparacağı yarışda 34 klub və idman cəmiyyətindən 152 cüdoçu-128 oğlan və 24 qız iştirak edəcək. Gənc idmançılar ümumilikdə 12 çəki dərəcəsində mükafatlar uğrunda güclərini sınayacaqlar.

Yarışın əsas diqqət çəkən məqamlarından biri də ne-vaza texnikalarına yönəlməsi olacaq. Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları yer (parter) üzərində aparılan texnikaları inkişaf etdirmək və təkmilləşdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu texnikalar idmançılara rəqiblərinə qarşı həm müdafiə, həm də hücum baxımından üstünlük əldə etmək imkanı yaradır.


4617 oxunub

InvestAZ