XƏBƏR LENTİ
12 May 2025
11 May 2025
10 May 2025
09 May 2025



MOK-un Atletlər Komissiyasına yeni üzv seçilib
İdman 13:05 / 12.05.2025
Mayın 12-də Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının növbəti iclası keçirilib.

İclasda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb və komissiyaya yeni üzv seçkisi məsələsinə bağılıb. Səsvermə nəticəsində komissiyanın üzvü Təranə Abbasova (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov seçilib.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rasul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcək.

133 oxunub

InvestAZ