Masallı Regional Boks Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş uşaqlar arasında boks idman növü üzrə Masallı rayon turniri keçirilib. İdman həvəskarları tərəfindən böyük maraqla qarşılanan turnirdə 8 çəki dərəcəsi üzrə 32 nəfər idmançı qələbə uğrunda gərgin mübarizə aparıb.
Turnirin qalibləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.
510 oxunub