XƏBƏR LENTİ
06 May 2025
05 May 2025
04 May 2025



Rafinya: "Məşqçilər korpusu mənə etibar etmir"
İdman 11:50 / 06.05.2025

"Barselona"nın futbolçusu Rafinya klubun keçmiş baş məşqçisi Xavi haqqında fikirlərini bildirib. Braziliyalı futbolçu ispaniyalı mütəxəssisin ona güvənmədiyini qeyd edib. "2021-ci ildən 2024-cü ilə Xavi ilə birlikdə bu klubun uğurları üçün can qoydum. Hiss edirdim ki, o və onun məşqçilər korpusu mənə etibar etmir. Cəmi 1 saat oynamaq imkanım olurdu. Bədənim isinəndə o məni əvəzləyirdi. Hər cür reaksiya verirdim. Əsəb, etiraz və küskünlük. Lakin heçnə dəyişmirdi. Hans-Diter Flik isə mənə inanır. Bu inamın nəticəsidir ki, "Barselona" üçün uğurlu qollar vururam. Hesab edirəm ki, biz hələ uzun bir yol qət edəcəyik", - Mundo Deportivo Rafinyanın sözlərindən sitat gətirib.

Qeyd edək ki, "Barselona" bu gün UEFA çempionlar Liaqsının yarımfinalının cavab oyununda Milan "İnter"i ilə səfər matçına çıxacaq. Tərəflər arasında keçirilən ilk görüş 3:3 hesabilə başa çatıb.



254 oxunub

InvestAZ