XƏBƏR LENTİ
06 May 2025
05 May 2025
04 May 2025
03 May 2025



Qızıl qayıdışın pərdəarxası məqamları - cüdoçumuz zədədən sonra ilk çempionluğunu dəyərləndirdi
İdman 19:14 / 05.05.2025
"Paris-2024-də çiynimdən aldığım zədədən sonra ilk yarışda qızıl medal qazandığım üçün çox sevinirəm”.

Bu sözləri Tacikistanın paytaxtı Düşənbədə təşkil olunan "Böyük Dəbilqə” turnirində -90 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev "Olimpnews.az”-a müsahibəsində deyib.

Uzun müddətdən sonra tatamiyə qayıdışını çempionluqla qeyd edən Avropa çempionumuz həyəcanını da gizlətməyib: "Paris-2024 Yay Olimpiya Oyunlarından sonra iki dəfə əməliyyat olundum. Çox çətin günlərdən keçirdim. Uzun müddət tatamiyə çıxmadığıma görə, istər-istəməz bir qədər həyəcan var idi. İlk görüşüm tacikistanlı idmançı ilə oldu. Onu məğlub etdikdən sonra Özbəkistan cüdoçusuna da qalib gəldim. Yarımfinalda rusiyalı idmançını mübarizədən kənarlaşdırdım. Həlledici görüşdə isə komanda yoldaşım Vüqar Talıbovla qarşılaşdım. Gərgin görüş olsa da, ona da qalib gələrək çempion adını qazandım. Özümə çox inanırdım. Zədəli olduğum vaxtlarda həmişə səbirsizliklə arenalara qayıtmağı gözləyirdim. Demişdim ki, ilk yarışda necə başlayacağamsa, elə də davam edəcəyəm. İnşallah, bundan sonra hər şey daha yaxşı olacaq”.

Qeyd edək ki, Elcan Hacıyev Tacikistanın paytaxtı Düşənbədə təşkil olunan "Böyük Dəbilqə” turnirinin ilk günündə -90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.


Azər Əlizadə

357 oxunub

InvestAZ