Almaniya Bundesliqasında çempionun adına aydınlıq gəlib.
Bundesliqanın XXXII turunda "Bayer Leverkuzen"in"Frayburq" səfərində xal itirməsi (2:2)Münhen klubunun çempionluğunu vaxtından əvvəl qeyd etməsi ilə nəticələnib.
Bu, "Bavariya"nın 34-cü Bundesliqa çempionluğu olub. Eyni zamanda komandanın heyətində çıxış edənHarriKeyn və ErikDayer karyeralarının ilk kubokunu qzanıblar.