XƏBƏR LENTİ
29 Aprel 2025
28 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025



Lənkəranda "Üzməyi öyrənək" layihəsinin VI mərhələsinə start verildi
İdman 19:05 / 28.04.2025

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən "Üzməyi öyrənək" layihəsinin VI mərhələsi çərçivəsində Lənkəranda silsilə tədbirlərə start verilib.

Layihə çərçivəsində rayonun ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib, eyni zamanda Lənkəran Olimpiya İdman Kompleksində üzgüçülük məşğələlərinə başlanılıb. Məşğələlərdə 1-5-ci siniflərdə təhsil alan qız və oğlan şagirdlər iştirak edirlər.

Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığını qorumaq, üzgüçülük idman növünün təbliği və inkişafına nail olmaqdır. Bir ay davam edəcək layihə çərçivəsində üzmə məşğələləri bölgü üzrə həftə içi hər gün müxtəlif saatlarda peşəkar məşqçilər tərəfindən aparılır.


216 oxunub

InvestAZ