İtaliyanın "Yuventus" klubu baş məşqçi Tyaqo Mottanı vəzifəsindən azad edib. Klubun rəsmi mətbuat xidməti bu barədə məlumat yayıb.
"Qoca sinyora"nın yeni baş məşqçisi xorvatiyalı İqor Tudor olub. Tudor, yeni vəzifəsinə bazar ertəsindən başlayacaq.
Tyaqo Mottanın "Yuventus"da rəhbərlik etdiyi mövsümün əvvəlindən etibarən, hazırda komanda İtaliya A Seriyasının 5-ci pilləsində yer alır.
Yeni baş məşqçi İqor Tudorun son iş yeri "Latsio" olub. O, 2020-2021-ci illərdə "Yuventus"un məşqçilər heyətinə daxil olub və 1998-2007-ci illər arasında öz futbolçu karyerasını Turin klubunda keçib, burada İtaliya çempionu olub.