Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu ardıcıl 22 il milli komanda səviyyəsində qol vuran yeganə oyunçu kimi tarixə düşüb.
O, bu uğura ötən gün UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Danimarka ilə cavab qarşılaşmasında imza atıb.
Təcrübəli futbolçu görüşün 6-cı və 72-ci dəqiqələrində fərqlənərək, ümumi qol sayını 929-a çatdırıb. Onun Portuqaliya millisində vurduğu qolların sayı isə 136-ya yüksəlib.
Xatırladaq ki, əlavə vaxta qədər uzanan qarşılaşma Portuqaliya millisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.