Azərbaycanın qadınlardan və gənc qızlardan ibarət cüdo millisinin 12 üzvü Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Toplanış aprelin 5-6-daXorvatiyanın Dubrovnik şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokuna, aprelin 12-13-də İtaliyanın Linyano şəhərində baş tutacaq gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, ötən gün startı verilən hazırlıq prosesi martın 26-na qədər davam edəcək.