AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov 89 yaşında vəfat edib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 1955–1962-ci illərdə "Neftçi”nin şərəfini qorumuş Çingiz İsmayılov 1986-1994-cü illərdə bu komandanın rəisi vəzifəsində çalışıb. Uzun illər televiziyada futbol şərhçisi kimi fəaliyyət göstərən Ç.İsmayılov 2022-ci ilin dekabrında "Tərəqqi” medalı ilə təltif edilib.
O, aprelin 12-də 90 yaşını qeyd edəcəkdi.
Xatırladaq ki, daha əvvəl Çingiz İsmayılovun pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.