Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən"Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcəklər.
İlk yarış günündə 5 cüdoçumuz4 çəki dərəcəsindətatami üzərinə çıxacaqlar.
Kişilər arasında Murad Muradlı(60 kq), Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadınların yarışında isə Aydan Vəliyeva(52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.