UEFA Millətlər Liqasında bu gün 1/4 final və pley-off mərhələsinin ilk matçları baş tutub.
Türkiyə yığması "Rams Park"da Macarıstanı sınağa çəkib. "Ay-ulduzlular" 17 illik qələbə həsrətindən sonra macarlardan üstün olublar.
Azərbaycanlı futbol azarkeşlərini yaxından maraqlandıran görüşlərdən biri Xorvatiya ilə Fransa arasında baş tutub. Cütün qalibi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq.
UEFA Millətlər Liqası
20 mart
1/4 final
Xorvatiya – Fransa 2:0
İtaliya – Almaniya 1:2
Niderland – İspaniya 2:2
Danimarka – Portuqaliya 1:0
A və B Liqaları
Pley-off, ilk oyunlar
Türkiyə – Macarıstan 3:1
Avstriya – Serbiya 1:1
Ukrayna – Belçika 3:1
Yunanıstan – Şotlandiya 0:1
B və C Liqaları
Pley-off, ilk oyunlar
Ermənistan – Gürcüstan 0:3
Slovakiya – Sloveniya 0:0
Bolqarıstan – İrlandiya 1:2
Kosovo – İslandiya 2:1
Qeyd edək ki, tərəflər arasında cavab görüşləri martın 23-də reallaşacaq.