Yaponiya millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
"Gündoğar ölkə" təmsilçisi seçmə mərhələnin VII turunda evdə Bəhreynə 2:0 hesabı ilə qalib gəlməklə vaxtından əvvəl mundiala yüksəlib.
Yaponiya millisi yer aldığı C qrupunda 19 xalla minimum ikinci yeri özüüçün təmin edib. Yaponiyanı 10 xallaAvstraliya təqib edir.Səudiyyə Ərəbistanı, İndoneziya, Bəhreyn və Çin milliləri isə hərəyə 6 xal toplayıblar.