İspaniyanın məşhur "Barselona" klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre və Avropa ilə Afrika akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər ediblər.
La Liqa nəhənginin nümayəndələri "ASK Arena" və "Liv Bona Dea Arena" stadionlarında olub, idman bazalarının şəraiti ilə tanış olublar. AFFA nümayəndələrinin müşayiəti ilə stadionların əsas meydanlarına, futbolçuların yerləşdiyi bazalara, paltardəyişmə otaqlarına və fitness zallarına baxış keçirilib.
Bu səfərin əsas məqsədi Azərbaycanda "Barselona" akademiyasının açılması ilə bağlı planları qiymətləndirməkdir. Əgər layihə həyata keçərsə, bu, Azərbaycan futbolu üçün böyük bir addım olacaq və gənc futbolçuların inkişafına yeni imkanlar yaradacaq.