XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Badmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı
İdman 12:30 / 03.02.2025

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İranda keçirilən 33-cü "Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan idmançı finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib. Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib.

Oyun turnirin reytinq favoriti Neslihanın 2:0 (21-17,21-14) hesablı qələbəsi ilə başa çatıb.

21 yaşlı badmintonçumuz hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.



872 oxunub

InvestAZ