XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
İdman 15:41 / 03.02.2025

Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək. Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda müxtəlif bölgələrdən 60-a yaxın idmançı iştirak edəcək.

Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyasında (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.

Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 finaldan finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

Turnirin açılış mərasimi ayın 6-da Bakı İdman Sarayında baş tutacaq. 



744 oxunub

InvestAZ