XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Cüdoçularımız Parisdən 3 medalla qayıdırlar
İdman 00:25 / 03.02.2025

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə” turnirinə yekun vurulub. 50 ölkədən 298 (164 kişi, 134 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Tatami ustalarımız yarışı 1 qızıl və 2 bürünc medalla başa vurublar.

İlk yarış günündə Ruslan Paşayev (-66 kq) qızıl, Rəşid Məmmədəliyev (-73 kq) bürünc medal qazanıb. İkinci yarış günündə isə -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Ömər Rəcəbli bürünc medala sahib olub.

Yarışı 3 medalla başa vuran Azərbaycan cüdoçuları medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.


810 oxunub

InvestAZ