Yanvarın 25-26-da Belçikanın Vise şəhərində Belçika Açıq Cüdo turniri keçiriləcək. 24 ölkədən 800-dən çox idmançının iştirak edəcəyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayacaqlar. Ölkəmiz yarışda qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə təmsil olunacaq.
Qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova, Fidan Qasımova (hamısı 52 kq), Acelya Toprak, Fidan Əlizadə, Aytən Verdiyeva (hamısı 57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq), Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.
Kişilərin yarışında isə Murad Muradlı (60 kq), Elşən Əsədov, Nazir Talıbov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Qadir Hüseynov, İbrahim Əliyev, Aydın Rzayev, Rüfət Şövlətov (hamısı 73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Süleyman Şükürov (hamısı 81 kq), Nihad Şıxəlizadə (100 kq, İmran Yusifov, Camal Feyziyev (hər ikisi +100 kq) tatami üzərinə çıxacaq.