XƏBƏR LENTİ
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025
11 Noyabr 2025
10 Noyabr 2025



FİA yeni sistemin tətbiqinə başlayır
İdman 20:33 / 14.11.2025
FİA (Beynəlxalq Avtomobil Federasiyası) quruma giriş haqqı sistemini dəyişdirəcək.  
Bununla da komanda ödənişlərini beş il ərzində 75 milyon dollar artıracaq. Tanınmış jurnalist Co Seyvudun "Joeblogsf1" bloqunda bildirdiyi kimi, komandalar bu vəsaitlərin necə istifadə olunacağına dair aydınlıq tələb edirlər. Məlumatda vurğulanır ki, əsas dəyişiklik bölüşdürmə prinsipi ilə bağlıdır. Əvvəllər ödənişlər çempionatda qazanılan xalların sayına əsasən hesablanırdı ki, bu da lider və geridə qalan komandalar arasında əhəmiyyətli fərqə səbəb olurdu. İndi ödənişlər yenidən bölüşdürüləcək. Yəni güclü komandalar daha az, orta sahə komandaları isə daha çox pul alacaq.
 


262 oxunub

InvestAZ