XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Üzgüçülərimiz Estoniyada 22 medal qazandılar
İdman 10:21 / 25.12.2024

Azərbaycan üzgüçüləri Açıq Estoniya Qış çempionatında 22 medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, Estoniyanın Tartu şəhərində keçirilən yarışa 15 idmançı ilə qatılan milli çox yüksək nəticələr əldə edib.

Azərbaycanla yanaşı Estoniya, Latviya, Litva, Ukrayna, Finladiyadadan ümumilikdə 35 klubdan 285 idmançının qatıldığı beynəlxalq turnirdə ölkəmizin üzgüçülük yığmasının üzvləri vətənə 7 qızıl, 13 gümüş medal, 2 bürünc medalla dönüblər.

Üzgüçülərimizdən Süleyman İsmayılzadə 3 qızıl, 2 gümüş, Oqtay Hüseynov 2 qızıl və eyni sayda gümüş, Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, 1 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl və gümüş, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Səid Həmidov 2 gümüş, Rəşad Alquliyev və Məryəm Cavadova hərəyə 1 gümüş medal qazanıblar.

Süleyman İsmayılzadə, həmçinin 1500 metr məsafəyə sərbəst üsulda üzməkdə 1-ci olmaqla yanaşı, Estoniya rekordunu da yeniləyib.

Qeyd edək ki, yarış dekabrın 20-dən 22-nə qədər keçirilib.


550 oxunub

InvestAZ