XƏBƏR LENTİ
21 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024
17 Dekabr 2024
16 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024



Üç idmançımız dopinqə görə cəzalandırılıb
İdman 10:38 / 19.12.2024

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 3 idmançını diskvalifikasiya edib.

AMADA-dan verilən məlumata görə, pauerliftinqçi Rövşən Xəlilov və ağırlıqqaldıran Günel Vəliyeva 48, taekvondoçu Səidə Əliyeva isə 24 ay müddətinə idmandan kənarlaşdırılıb.

Buna həmin idmançıların nümunələrində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin aşkarlanması səbəb olub.

R.Xəlilovun sanksiyasının müddəti 2025-ci il noyabrın 18-də başa çatacaq. G.Vəliyevanın cəzasının müddəti 2027-ci il sentyabrın 9-da, S.Əliyeva üçün diskvalifikasiya müddəti isə 2026-cı il fevralın 16-da bitəcək.


359 oxunub

InvestAZ