Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk oyununa çıxacaq.
Vitali Borisovun rəhbərlik etdiyi komanda doğma meydanda İsveç seçməsini qəbul edəcək. Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
Qarşılaşmanı qazaxıstanlı hakimlər - Aslan Qalayev, Turexan Tursumbayev və Nurlibek Kalimaqanbetov idarə edəcəklər.
Qeyd edək ki, İsveç millisi ilk matçında evdə Yunanıstana 1:4 hesabı ilə məğlub olub.