XƏBƏR LENTİ
02 Oktyabr 2025
01 Oktyabr 2025
30 Sentyabr 2025



Millimizin Bakıda keçiriləcək Avropa çempionatındakı rəqibləri müəyyənləşdi
İdman 12:06 / 13.12.2024

Azərbaycan badminton millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Bu barədəAzərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bakı İdman Sarayında təşkil olunacaq turnirdə 8 komanda mübarizə aparacaq. I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq.

II qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları yer alıblar.

Qeyd edək ki, qruplarda ilk 2 yeri tutacaq yığmalar yarımfinala vəsiqə qazanacaqlar.



10449 oxunub

InvestAZ